Neymarın məhkəmə prosesi uzandı
"Barselona"nın hücumçusu Neymarın transferi ilə bağlı araşdırmanı genişləndirmək istəyən İspaniya məhkəməsi problemlə üzləşib.

FİFA braziliyalı futbolçunun transferi ilə bağlı lazım olan sənədləri məhkəməyə göndərməyib. Dünyanın ali futbol qurumundan bildirilib ki, sənədlər gizlidir və yalnız İsveçrə məhkəməsinin razılığa ilə verilə bilər.

Qeyd edək ki, İspaniyanın bununla bağlı İsveçrəyə icazə məktubu ilə müraciət edəcəyi gözlənilir.

Xəbər 851 dəfə oxundu.