Qurban Qurbanov “Əməkdar məşqçi” oldu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiya qərarı ilə “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov “Əməkdar məşqçi” fəxri adına layiq görülüb.

Unibank Premyer Liqasının IX turu çərçivəsində keçirilmiş “Rəvan”-“Qarabağ” oyunundan əvvəl Gənclər və İdman Nazirliyinin futbol şöbəsinin müdiri Nüvər Xasıyev Q.Qurbanova fəxri adı təsdiq edən vəsiqəni təqdim etmişdir.

Dörd ildir məşqçilik fəaliyyətinə başlayan Q.Qurbanov bu müddət ərzində 2 bürünc, 1 gümüş medala və 1 ölkə kubokuna sahib olmuşdur.

Xəbər 1326 dəfə oxundu.