David Moyesin yeni hədəfi: Pedro
"Mançester Yunated" "Barselona"nın futbolçusu Pedronun oyununu yaxından izləyir.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Devid Moyes 26 yaşlı hücumçunu yeni mövsümdən komandasına görmək istəyir. O, klub nümayəndələrindən bir neçə nəfərə mütəmadi olaraq futbolçunun çıxışını izləməsini tələb edib.

Neymarın zədəsinin sağalmasının ardından əsas heyətdə az oynacayacı gözlənilən Pedronun "MY"a getməyə müsbət baxdığı bildirilir.

Qeyd edək ki, Kataloniya klubunun Premyer Liqa təmsilçisindən yüksək məbləğdə təklif gələcəyi təqdirdə onu satacağı iddia edilir.

Xəbər 941 dəfə oxundu.