"Braziliyanın əsas rəqibi Argentina millisi və Messidir"
Braziliya millisinin sabiq futbolçusu Ziko qarşıdakı dünya çepionatında favorit gördüyü komandaların adlarını açıqlayıb.

Ölkəsinin mətbuatına danışan Ziko Braziliya yığmasının mundialı qazanmağa əsas namizəd olduğunu bildirib:

"Braziliya millisinin lider oyunçularında hər hansı problem olmazsa, o zaman biz dünya çempionatının əsas favoriti olacağıq. Bizim əsas rəqibimiz də Argentina yığması və Lionel Messidir. Bu siyahıya Uruqvay millisini də qatmaq olar. Onların heyətində yüksək səviyyəli futbolçular çıxış edir. Düşünürəm ki, Braziliyada keçiriləcək dünya çempionatını elə Cənubi Amerika təmsilçisi qazanacaq".

Xəbər 836 dəfə oxundu.