Pankration üzrə Bakı kuboku yarışı keçirilib
Pankration üzrə Bakı şəhər açıq kuboku keçirilib. Yarışlarda Sumqayıt, Quba, Şəki, Goranboy, Ağstafa, Şəmkir, Ağsu, Tərtər, Bərdə və Bakının 7 komandası qüvvəsini sınayıb. Açıq Bakı kubokunda ümumilikdə 150 idmançı mübarizə aparıb.

Yekun nəticəyə görə, 13-14 yaşlılar arasında I yeri Samir Muxtarlı, Elçin Vəliyev, Namiq Məmmədli, İlkin Vəliyev, Elnur İbrahimov, Fəqan Abdulxaliqov, Nərbala Atakişiyev tutublar.

15-16-17 yaşlılarda Əlibala Hüseynzadə, Əsgər Əsgərov, Bayram Səmədov, Pərviz Səmədov, Emin Həsənov, Tələt Rzayev, Həmid Qurbanlı, Kamal Əsgərov bütün rəqiblərindən üstün olublar.

18 yaşdan 35 yaşadək idmançıların yarışlarında isə Ehtiram Dərvişov, Akşin Babayev, Heydər Məmmədəliyev, Orxan Musayev, Pərvin Yusubov, Emin Məmmədli, Orxan Fərzəliyev, Xəqani Ağayev, İlkin Zamanlı, Ariz Əliyev birinci olublar.

Xəbər 6347 dəfə oxundu.