Simeone "İnter"ə gedəcəkmi?
"Atletiko"nun (Madrid) baş məşqçisi Dieqo Simeone gələcək karyerası haqda açıqlama verib.

"İnter"i çalışdıracağı ilə bağlı yayılan iddialara münasibət bildirən argentinalı mütəxəssis hazırda belə bir fikrinin olmadığını deyib:

"Burada xoşbəxtəm və "Atletiko"də işləməyim üçün çox yaxşı mühit var. Ancaq gələcəkdə "İnter"i çalışdıra bilərəm".

Qeyd edək ki, D.Simoeno futbolçu olduğu dönəmdə 1997-1999-ci illərdə "İnter"də çıxış edib.

Xəbər 864 dəfə oxundu.