Maskerano "Barselona"nı "Napoli"yə dəyişir
"Barselona" klubunun müdafiəçisi Xavyer Maskeranonun komandadakı gələcək taleyi müəyyənləşib.

Komandasıyla 2016-cı ilə qədər müqaviləsi olan argentinalı futbolçu mövsümün sonunda "Barselona"dan ayrılacağını açıqlayıb.

Təcrübəli futbolçunun "Napoli"yə transfer olunacağı bildirilir. Neapol təmsilçisinin baş məşqçisi Rafael Benitez yeni mövsümdən Maskeranonu komandasında görmək istəyir. Lakin "Barselona" 29 yaşlı futbolçunun transferi üçün "Napoli"dən 20 milyon avro tələb edir.

Qeyd edək ki, Maskerano 2007-2010-cu illərdə "Liverpul"da məhz Benitezin rəhbərliyi altında oynayıb.

Xəbər 960 dəfə oxundu.