Cihan Özkara 63 dəqiqə oynadı, komandası uduzdu
Millimizin futbolçusu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" klubu Türkiyə kubokunda növbəti matçına çıxıb.

Sivas təmsilçisi qrup mərhələsinin son turunda səfərdə "Eskişehirspor"un qonağı olub.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində meydana çıxan Cihan Özkara matçın 63-cü dəqiqəsində əvəzlənib. Millimizin üzvü yerini Aydın Karabuluta verib.

Qeyd edək ki, bu məğlubiyyətlə qrupda sonuncu pilləni tutan "Sivasspor" kubokda mübarizəni dayandırıb.

Xəbər 923 dəfə oxundu.