Mirça Luçesku "Trabzonspor"un təklifini rədd etdi
Mustafa Reşid Akçay ilə yolları ayıran Türkiyənin "Trabzonspor" klubu baş məşqçi axtarışlarını davam etdirir.

Trabzon təmsilçisi bu dəfə tanınmış rumıniyalı mütəxəssis Mirça Luçeskuya rəsmi təklif göndərib.

Lakin Luçesku "Təklifinizə görə təşəkkür edirəm. "Şaxtyor"a ürəkdən bağlıyam. Buradan ayrılmağı düşünmürəm" deyərək "Trabzonspor"un təklifini rədd edib.

Qeyd edək ki, Luçesku 2004-cü ildən "Şaxtyor" (Donetsk) klubunu çalışdırır.

Xəbər 896 dəfə oxundu.