Ronaldo zədələdiyi futbolçuya zəng etdi
İspaniya kubokunun yarımfinal mərhələsinin "Real"la cavab qarşılaşmasında zədələnən "Atletiko"nun futbolçusu Xavyer Mankilyo xəstəxanaya aparılıb.

Başı üstə yerə yıxılan və az qala boynu qırılacaq futbolçunun müayinə olunması üçün belə bir addım atılıb.

Mankilyoya qarşı qaydanı pozan Kriştiano Ronaldo isə qarşılaşmadan sonra ona zəng edərək necə olduğunu soruşub.

Qeyd edək ki, "Atletiko" - "Real" matçı qonaqların qələbəsi ilə başa çatıb - 0:2.

Xəbər 952 dəfə oxundu.