Berti Foqts klubların baş məşqçiləri ilə görüşdü
Azəraycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün Topaz Premyer Liqada çıxış edən klubların baş məşqçiləri ilə görüşüb.

Görüşdə ölkə çempionatının gedişatı, növbəti ildən Premyer Liqada hər klubda iki 21 yaşadək futbolçunun çıxış etməsi və millinin qarşıdakı təlim-məşq toplanışı ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, yığmamız martın 1-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olacaq.

Xəbər 888 dəfə oxundu.