Karlo Ançelotti dünənki oyunundan danışdı
"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti dünən baş tutan "Atletiko" (Madrid) ilə oyun (2:0) haqda danışıb.

İtaliyalı mütəxəssis İspaniya kubokunu qazanmaq istədiklərini bildirib:

"Atletiko" ilə oyunlar bizim üçün uğurlu keçdi. İlk oyundan sonra böyük üstünlüyümüz var idi. Üstəlik cavab matçında hesabı erkən açdıq. Qələbə qazandığımız və finala yüksəldiyimiz üçün çox şadam. Təbii ki, bu mövsüm bütün titulları qazanmaq istəyirik. La Liqa və Çempionlar Liqası kimi İspaniya kubokunu qazanmaq da bizim üçün çox önəmlidir".

Qeyd edək ki, "Real" klubu kubokun finalında "Real Sosyedad" - "Barselona" cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər 911 dəfə oxundu.