“Rəvan” “Sumqayıt”la oyuna hazırlaşır
Topaz Premyer Liqasının XXI turunda "Sumqayıt”ın qonağı olacaq "Rəvan" bu oyunun hazırlığını davam etdirir.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Bayıl Arena”da çalışan futbolçular gündə bir dəfə olmaqla məşq edir. Baş məşqçi Güvənc Kurtarın rəhbərliyi altında keçən hazırlıqlarda komandanın bütün üzvləri iştirak edir. Hazırda komandada heç bir zədəli futbolçu yoxdur. Mişel Balokoq isə cəzasını başa vurduğundan artıq "Sumqayıt”la qarşılaşmada meydana çıxa biləcək.

Qeyd edək ki, "Sumqayıt” – "Rəvan” oyunu fevralın 15-i saat 16:00-da başlayacaq.

Xəbər 902 dəfə oxundu.