"Qalatasaray" daha Droqbanı istəmir
"Qalatasaray"ın futbolçusu Didye Droqbanın İstanbul klubunu ilə müqaviləni uzatmamasının səbəbi məlum olub.

Rəhbərlik qış transferi pəncərəsində fildişi sahilli hücumçuya sözləşməni yeniləmək barədə heç bir təklif göndərməyib. Bu isə onu göstərir ki, klub futbolçunu komandada görmək istəmir.

Mövsümün sonunda Droqba ilə yolları ayırmağı planlaşdıran "Cim-Bom" əvəzində başqa bir ulduz oyunçunu transfet etməyi düşünür.

Qeyd edək ki, Droqba son vaxtlar uğursuz çıxış ilə seçilir.

Xəbər 1002 dəfə oxundu.