İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verildi
İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunlarına start verilib. "Fiorentina" və "Udineze" komandaları üz-üzə gəlib. İlk oyununda rəqibinə 1:2 hesabı ilə uduzan "Fiorentina" bu qarşılaşmada 2:0 hesablı qələbə qazanaraq, finala yüksəlib.

Qeyd edək ki, digər finalçı bu gecə keçiriləcək "Napoli" - "Roma" matçından sonra bəlli olacaq.

İtaliya kuboku, yarımfinal mərhələsinin cavab oyunları
"Fiorentina" - "Udineze" - 2:0 (İlk oyun - 1:2)

Xəbər 832 dəfə oxundu.