"Fənərbaxça"nın daha bir futbolçusu sıradan çıxdı
Türkiyənin "Fənərbaxça" klubunun daha bir futbolçusu sıradan çıxıb.

Portuqaliyalı yarımmüdafiəçi Raul Meyreleş dünən baş tutan məşqdə zədələnib.

Onun zədəsinin nə dərəcədə ciddi olması həkimlərin bugünkü müayinəsindən sonra bilinəcək.

Qeyd edək ki, Əmrə Bələzoğlu, Kristian Baroni, Musa Sou və Pier Vebo da zədə səbəbindən İstanbul klubuna kömək edə bilmir.

Xəbər 900 dəfə oxundu.