"Beşiktaş"dan böyükhesablı qələbə
Türkiyə Superliqasında 15-ci turun təxirə salınmış bir oyunu keçirilib.

"Beşiktaş" səfərdə "Kasımpaşa"nın qonağı olub. Oyun 3:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Matçın 49-cu dəqiqəsində "qara qartallar" azlıqda qalsalar da, bu, onların qələbəsinə mane olmayıb. Bu qələbə ilə xallarını 39-a çatdıran "Beşiktaş" 3-cü pillədəki yerini möhkəmləndirib.

Xəbər 856 dəfə oxundu.