Sərbəst güləşçilərimiz Yaşar Doğunun xatirə turnirinə yollanır
15-16 fevral 2014-cü il tarixdə Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan beynəlxalq güləş turniri keçiriləcək. 42-ci dəfə keçirilən turnirdə böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız da iştirak edəcək.

Baş məşqçi Semyon Çterev və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında turnirə 10 güləşçimiz yollanacaq. Heyətdə Yaşar Əliyev (57 kq), Qalib Əliyev, Əhmədnəbi Qvarzatilov (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov (hər ikisi 65 kq), Emin Əzizov (70 kq), İbrahim Yusifov, Məhəmmədhacı Xatiyev (hər ikisi 86 kq), Xetaq Qazyumov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alacaq.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edəcək.

Turnirin proqramına əsasən, fevralın 15-də 57, 65, 74 və 97 kq, fevralın 16-da isə 61, 70, 86 və 125 kq çəki dərəcələrində pəhləvanlar mübarizə aparacaq.

Xəbər 900 dəfə oxundu.