"Napoli" "Real"ın daha bir futbolçusunu istəyir
İtaliyanın "Napoli" klubu Madrid "Real"ının daha bir futbolçusunu transfer etmək istəyir.

Neapol təmsilçisi bu dəfə "Real"ın qapıçısı İker Kasilyası heyətinə qatmağı planlaşdırır.

İtaliya klubu artıq indidən Kasilyasla danışıqlara start verib. "Real"ın əsas heyətindən kənarda qalan Kasilyasın da mövsümün sonunda komandasını dəyişəcəyi gözlənilir. Lakin təcrübəli qolkiperin hansı ölkəyə üz tutacağı hələlik məlum deyil.

Qeyd edək ki, "Napoli" daha öncə "Real"dan Raul Albiol, Xose Kallehon və Qonzalo İquaini transfer edib.

Xəbər 964 dəfə oxundu.