“Rabitə” dünya çempionu oldu!

Oktyabrın 14-də Qətərin paytaxtı Dohada voleybolçu qadınlar arasında klublararası dünya çempionatı başa çatıb.

Çempionatın final oyununda Bakının “Rabitə” və Türkiyənin “Vakıfbank Günəş Telekom” komandaları qarşılaşıblar.

Azərbaycan voleybolçularının üstünlüyü ilə keçən oyunda “Rabitə” 3:0 (25:15, 25:18, 25:9) hesablı inamlı qələbə qazanaraq ilk dəfə dünya çempionu adını qazanıb.

Mundialın bürünc medalına isə Braziliyanın “Osasco” komandası sahib olub.

Xatırladaq ki, “Rabitə” final oyununadək Tailandın “Çanq”, Braziliyanın “Osasco” və Dominikanın “Mirador” komandalarına qalib gəlmişdi.

Xəbər 1128 dəfə oxundu.