Abdullah Avcıya "Trabzonspor"dan rəsmi təklif
Dünən baş məşqçisi Mustafa Rəşid Akçay ilə yoları ayıran "Trabzonspor"da boş qalmış vəzifəyə əsas namizəd müəyyənləşib.

Bu, Türkiyə millisinin keçmiş baş məşqçisi Abdullah Avcıdır.

Rəhbərlik artıq təcrübəli çalışdırıcı ilə danışıqlara başlayıb. Avropa Liqasında "Yuventus"la oyuna qədər Avcının komandada olmasını istəyən klub ona müqavilə təklif edib.

Avcı klub prezidenti Hacıosmanoğlu ilə görüşərək son qərarını verəcək.

Xəbər 829 dəfə oxundu.