Arda Turan aparıcıya söz atdı
"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan Türkiyədə "Lig TV"nin qonağı olub.

İspaniyada azarkeş sevgisindən danışan Arda bundan çox məmnun olduğunu bildirib:

"İspaniyada futbolçulara qarşı böyük sevgi var. Eləcə də mənə qarşı. Türkiyədə də belə idi. Bundan şikayətçi deyildim. Ancaq gələcəkdə bu səviyyədə olmaya bilərsən. Təbii ki, iki ölkə arasında fərqli cəhətlər var. Məsələn, İspaniyada ata və oğul bir-birini fərqli sevir. Bir sözlə orada olan sevgidən çox məmnunam".

Komandasını hazırkı durumuna da toxunan Arda dünyanın ən yaxşı komandalarına qarşı oynamaq istədiyini bildirib: "Hazırda yaxşı irəliləməyimiz göz qarşısındadır. Ancaq əsas yaxşı irəliləmək deyil, mövsümün sonunu gətirə bilməkdir. Dünyanın ən yaxşı komandalarına qarşı oynamaq istəyirəm. Məşqlərimiz çox ağır keçir, savaşırıq. Ümid edirəm ki, bizim üçün yaxşı olacaq".

Aparıcının Türkiyədə futbolçuların artıq çəkili olması ilə bağlı verilən sualı Arda belə cavablandırıb: "Nazlı mənə sözmü atırsan? (gülür) "Qalatasaray"da ağır zədə aldım. Kortizon iynəsi və türk yeməkləri artıq çəki almağımda böyük rolu oldu. Türkiyədə artıq çəkilər hər zaman problem yaradır. Ona görə buna diqqət yetirmək lazımdır. Artıq çəki əlində paketlə qaçmaq kimi bir şeydir. Əlimdən gəldiyi qədər diqqət edirəm. Eyni zamanda siz aparıcıların da artıq çəkiyə diqqət yetirməsi lazımdır".

Xəbər 840 dəfə oxundu.