Soçi Qış Olimpiya Oyunlarında hər üç medalı hollandiyalı atletlər qazanıblar
XXII Soçi Qış Olimpiya Oyunlarında konkidə 500 metr məsafəyə yürüş yarışlarında hər üç medalı hollandiyalı atletlər qazanmışlar.

İki yürüşün nəticəsinə görə, bu məsafəni 69.31 saniyəyə qət edən Mixel Myulder Olimpiya çempionu adını qazanmışdır. Onun əkiz qardaşı Ronald Myulder isə bürünc medala sahib olmuşdur.

Digər hollandiyalı Yan Smeekens gümüş medala yiyələnmişdir.

Xəbər 766 dəfə oxundu.