Ağırlıqqaldırma üzrə ölkə çempionatı keçiriləcək

Sabah Milli Aviasiya Akademiyasının bazasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarışların baş katibi Azad Mustafayevin idman.com.az saytına verdiyi məlumata görə, ölkə çempionatında MOİK, “Zirvə”, “Neftçi” İSM, “Təhsil”, “Gənclik” və digər idman klubu və cəmiyyətlərindən 15-dən yuxarı komandanın tərkibində 90 nəfərə yaxın idmançının iştirakı gözlənilir. Yarışlarda Bakı idmançıları ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Qax, Qobustan, Cəlilabad, Samux, Şamaxıdan gəlmiş ağırlıqqaldıranlar da güclərini sınayacaqlar.
Ölkə çempionatına bazar günü yekun vurulacaq.

Xəbər 1393 dəfə oxundu.