“Basketbol” üzrə rayon birinciliyi keçirilib
27 yanvar 7 fevral tarixlərində 248 saylı tam orta məktəbdə Binəqədi rayon məktəblilərinin XXVI Spartakiadasının proqramına daxil olan “Basketbol” üzrə qızlar arasında rayon birinciliyi keçirilib.

Hər birində 12 nəfər olmaqla 16 komandanın iştirakı ilə keçirilən yarışın nəticələrinə görə 244 birinciyə, 248 ikinciyə, 314 saylı tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılıblar.

Xəbər 840 dəfə oxundu.