Del Pyero "Sidney"in oyunçu-məşqçisi ola bilər
Avstraliyanın "Sidney" klubunun futbolçusu Aleksandr Del Pyero komandasının oyunçu-məşqçisi ola bilər.

İtaliyalı futbolçunun mövsümün sonunda komandası ilə müqaviləsi başa çatacaq.

Artıq klub rəhbərliyi 39 yaşlı futbolçuya yeni müqavilə təklif edib. Del Pyero bu təklifi qəbul edəcəyi təqdirdə komandasının oyunçu-məşqçisi olacaq.

Qeyd edək ki, 2012-ci ildə "Sidney"ə transfer edilən Del Pyero keçirdiyi 39 oyunda 21 dəfə rəqib qapılarına yol tapıb.

Xəbər 804 dəfə oxundu.