"Yuventus" Pol Poqba ilə müqavilə yeniləyir
"Yuventus" klubunun rəhbərliyi futbolçusu Pol Poqba ilə sözləşməni uzatmaq üçün görüşlərə start verib.

Fransız futbolçunun meneceri Mino Rayola artıq danışıqlar üçün Torinoya gedib.

Komandasıyla 2016-cı ilə qədər müqavilə olan 20 yaşlı futbolçunun sözləşməsi daha iki il uzadılacaq. Poqba da uzun müddət "Yuventus"da oynamaq istədiyini açıqlayıb.

Qeyd edək ki, Poqba bu mövsüm keçirdiyi 23 oyunda 6 qola imza atıb.

Xəbər 1009 dəfə oxundu.