Yaya Ture 3 oyunluq cəzalandırıla bilər
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Yaya Ture cəzalandırıla bilər.

Buna futbolçunun "Norviç"lə Premyer Liqa görüşündə rəqibini vurması səbəb olub.

Belə ki, matçın gedişində Ture rəqibi Riki van Volfsvinkelə zərbə endirib. Matçın baş hakimi həmin epizodu görmədiyindən Tureyə heç bir cəza verməyib. Lakin İngiltərə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi Turenin rəqibini vurduğunu sübuta yetirərsə, təcrübəli futbolçu 3 oyunluq cəzalandırılacaq.

Qeyd edək ki, "Norviç" - "Mançester Siti" oyunu 0:0 hesabı ilə başa çatmışdı.

Xəbər 986 dəfə oxundu.