Karlos: "Mançester Siti" "Barselona" səddini keçə bilər"
"Real" (Madrid) klubunun sabiq futbolçusu Roberto Karlos "Mançester Siti"nin Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə dueldəki şansını dəyərləndirib.

İspaniya mətbuatına danışan R.Karlos ingilis təmsilçisinin "Barselona" səddini keçə biləcəyini deyib:

"Mançester Siti" üçün "Barselona" səddini keçmək çox çətin olacaq. Ancaq bu mümkünsüz deyil. Bunun üçün ingilis təmsilçisi daha çox çalışmalıdır. Ümumilikdə isə bizi çox maraqlı iki oyun gözləyir".

Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 18-də Mançesterdə baş tutacaq.

Xəbər 829 dəfə oxundu.