"Fənərbaxça" "Zenit"in təklifini rədd etdi
"Fənərbaxça" klubunun hücumçusu Musa Souya "Zenit"dən rəsmi təklif gəlib.

Peterburq təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 13 milyon avro təklif etsə də, dərhal rədd cavabı alıb..

Bundan sonra məbləği bir qədər artıran "Zenit" rəhbərliyi 17 milyon avro ilə yenidən "Fənərbaxça"ya müraciət edib. Bu məbləğ dfə İstanbul klubunu raz salmayıb. "Sarı lacivərdli" komanda Sounu daha yüksək məbləğə satmağı planlaşdırır.

Qeyd edək ki, Sou bu mövsüm keçirdiyi 18 oyunda 9 qola imza atıb.

Xəbər 864 dəfə oxundu.