Fabianski "Arsenal"dan ayrılmaq istəyir
"Arsenal"ın qapıçısı Lukaş Fabianski mövsümün sonunda London klubundan ayrılacaq.

Bu barədə 28 yaşlı qolkiperin özü açıqlamasında deyib.

Mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq polşalı futbolçu bildirib ki, klubun ona təklif etdiyi yeni sözləşməni qəbul etməyib:

"Həm oynadığım komanda, həm də Polşa millisinin bir nömrəli qapıçısı olmaq istəyirəm. Burada çox şey öyrəndim. "Arsenal" böyük bir klubdur və hörmətə layiqdir. Ancaq daha başqa klubda oynamaq istəyirəm".

Qeyd edək ki, L.Fabianski 2007-ci ildə "Legiya" klubundan "Arsenal"a transfer olunmuşdu.

Xəbər 874 dəfə oxundu.