"Trabzonspor" baş məşqçisi ilə yollarını ayırdı
Avropa Liqasında mübarizəni davam etdirən "Trabzonspor" baş məşqçisi Mustafa Reşid Akçay ilə yolları ayırıb.

Türkiyəli çalışdırıcı ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub.

Qeyd edək ki, Trabzon təmsilçisi hazırda ölkə çempionatında hazırda 9-cu pillədə qərarlaşıb. Komanda son oyunda evdə "Akhisar"a 2:4 hesabı ilə məğlub olub. Məhz Superliqada uğursuz çıxışa görə baş məşqçi ilə yolların ayrıldığı bildirilir.

Xəbər 780 dəfə oxundu.