"Borussiya"da zədə epidemiyası davam edir
Almaniyanın "Borussiya" klubunda zədəli futbolçuların sayı artıb.

Bundesliqada "Verder" (Bremen) klubu ilə matçda zədələnən Marko Roys və Sven Benderin son durumu məlum olub.

Tibbi müayinədənən keçən hər iki oyunçunun sağ ayaq əzələsində dartılma aşkarlanıb. Benderin ən az bir həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb. Roysun isə fevralın 25-i Çempionlar Liqasında "Zenit"lə matça qədər sağalmasının çətin olduğu bildirilir.

Qeyd edək ki, Dortmund təmsilçisində Blaşikovski, Neven Subotiç, Mats Hummels və İlkay Gündoğan da zədə səbəbindən komandaya kömək edə bilmir.

Xəbər 1030 dəfə oxundu.