Marselo məşqləri bərpa etdi
Madrid Realının müdafiəçisi Marselo məşqləri bərpa edib.

O, Vilyarealla oyunun 1-ci hissəsində zədə alaraq meydanı tərk etmişdi. Artıq 25 yaşlı futbolçunun heç bir qadağa olmadan məşq etdiyi bildirilib. Onu həmin oyunda əvəz edən və sonradan zədə alaraq meydanı tərk edən Fabio Koentrao isə hələlik trenajorlarla məşq edir.

Qeyd edək ki, portuqaliyalının dizaltı qığırdağında problem var.

Xəbər 920 dəfə oxundu.