Martino futbolçusu Lionel Messiyə dəstək olub
"Barselona"nın baş məşqçisi Xerardo Martino futbolçusu Lionel Messiyə dəstək olub.

O deyib ki, son zamanlar qol vurmadığı üçün argentinalı hücumçunun tənqid olunması onu daha güclü edib:

"Messi haqda belə mənfi fikirlər söylənəndə o daha da istəkli olur. Bunu dünyanın ən yaxşı futbolçusuna edəndə qarşılığı belə olur".

Qeyd edək ki, Messi La Liqada dünən baş tutan "Sevilya" ilə matçda dubla imza atıb.

Xəbər 833 dəfə oxundu.