Stolüstü tennisçilərimiz Polşaya təlim-məşq toplanışında iştirak edəcək
Fevral ayının 8-də Azərbaycanın stolüstü tennis üzrə yığma komandasının 10 oyunçu böyük məşqçi A. Zudovun rəhbərliyi altında Polşanın Qdansk şəhərinə səfər edəcək. Komandamızın üzvləri Qdansk şəhərində təlim-məşq toplanışında iştirak edəcəklər.

Fevralın 22-dək davam edəcək tədbirdə yığma komandamız yeni baş məşqçi A. Kuxarskinin rəhbərliyi altında texniki, fiziki və taktiki hazırlıqlarını artıracaqlar.

Qeyd etmək lazımdır ki, təlim-məşq toplanışı aprel ayındaYaponiyanın paytaxtı Tokioda keçiriləcək Dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Xəbər 1202 dəfə oxundu.