Əfsanə 12 ilin tilsimini qırdı
Dünya biatlon tarixinin ən titullu idmançısı norveçli Ule Eynar Byörndalen titulları üzərinə daha birini Soçidə yazdırdı. İdman.com.az saytı xəbər verir ki, 1998-ci ildə ilk olimpiya uğurunu məhz 10 km-ə sprintdə qazanmış Byörndalen üzərindən 16 keçsə də, yenə mmöcüzələrə qadir olduğunu nümayiş etdirdi.

Yürüşdə ayaqüstü atəşdə bir səhvə yol versə də, finiş xəttinə inamla irəliləyən qocaman biatlonçu sprintdə daha bir zəfər əldə edərək, karyerasında 7-ci dəfə olimpiya zirvəsinə çıxdı. Bundan başqa onun hesabında Naqano-1998-in bir gümüşü, Turin-2006-nın iki gümüşü və bir bürüncü, Vankuver-2010-un gümüşü də var.

Maraqlıdır ki, 2002-ci ildə mütləq qələbələr qazanaraq, 4 yarışın hamısında rəqiblərinə imkan verməyçn idmançı, sonrakı iki olimpiadada qızıl medal üzünə həsrət qalmışdı. Bu tilsim 12 ildən sonra Soçidə qırıldı.

Qabil Mehdiyev
Soçi

Xəbər 2260 dəfə oxundu.