İlk çempion
Soçi 22-ci Qış Olimpiya Oyunlarının açılış sonrası ilk yarış günündə amerikalı snoubordçu Seyc Kostenburq kişilərin sloupstayl proqramında qalib gəlməklə olimpiadanın ilk qalibi adını qazınıb.

İdman.com.az saytı xəbər verir ki, olimpiadada debüt edən bu yarışın qaydalarına görə idmançılar final mərhələsinə qədər seçmələr olur. Bu hissədə isə idmançılar yarış xəttinə iki dəfə çıxırlar və ikisindən birində ən yaxşı nəticə göstərən qalib sayılır.

Beləliklə, 20 yaşlı amerikalı Kostenburq tarixə həm Soçinin, həm də bu proqram üzrə ilk çempion kimi düşdü.

Qabil Mehdiyev
Soçi

Xəbər 2481 dəfə oxundu.