“Herald Sun Tour”da 2-ci mərhələ
Avstraliyada 16 komandanın iştirakı ilə təşkil olunmuş 2.1 kateqoriyalı “Herald Sun Tour” yarışında 163 km-dən ibarət 2-ci mərhələ başa çatıb. İdman.com.az xəbər verir ki, bu dəfə yerli “Orica GreenEDGE” komandasının üzvü Simon Klark 4 saat, 5 dəqiqə, 1 saniyə nəticə ilə finiş xəttini birinci keçib.

Veloyürüşdə mübarizə aparan Azərbaycanın “Synergy Baku” komandasının avstraliyalı üzvü Patrik Leyn liderdən 1 dəqiqə, 11 saniyə geri qalmaqla 4-19-cu yerləri bölüşüb. 2 mərhələdən sonra Patrik Leyn ümumi sıralanmada 23-cü yerdə qərarlaşır – indi onu birinci yerdən 1 dəqiqə, 32 saniyə ayırır.

Yeri gəlmişkən, xüsusi qeyd edilməli fakt ondan ibarətdir ki, hazırda yay mövsümünün davam etdiyi Avstraliyada havanın hərarəti 40 dərəcəyə çatır ki, bu cür isti iştirakçılara əlavə çətinlik yaradır. Avstraliyaya soyuq Bakıdan yollanan komandamızın üzvü Elçin Əsədov iqlim dəyişikliyi səbəbindən soyuqlasa da, 1-ci mərhələ ilə müqayisədə yarışın 2-ci turunda daha inamlı təsir bağışlayıb.

Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar 156 km məsafə qət edəcəklər.

Xəbər 886 dəfə oxundu.