Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli oldu
Qazaxıstan milli komandasının yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Qazaxıstan yığmasını bundan sonra tanınmış rusiyalı mütəxəssis Yuri Krasnojan çalışdıracaq.

50 yaşlı mütəxəssislə 2+2 sistemi üzrə müqavilə imzalanıb. Qazaxıstan Futbol Federasiyasının vitse-prezidenti Sayan Hamitjanov keçirdiyi mətbuat konfransında bunları deyib: "Krasnojan orta səviyyəli futbolçularla işləməyi, rəqiblərini təhlil etməyi yaxşı bacarır. O, rusdilli məşqçidir və mükəmməl taktikaya sahibdir".

Qeyd edək ki, Krasnojan daha öncə "Spartak", "Lokomotiv", "Anji", "Kuban" və "Terek" kimi klubları çalışdırıb.

Xəbər 788 dəfə oxundu.