Güvənc Kurtar mərkəz müdafiəçisi İvan Pexa ilə bağlı sərt qərar qəbul etdi
“Rəvan” klubunun baş məşqçisi Güvənc Kurtar mərkəz müdafiəçisi İvan Pexa ilə bağlı sərt qərar qəbul edib. Belə ki, təcrübəli türkiyəli məşqçi sloveniyalı futbolçunu heyətdən qovub. Odur ki, oyunçu məşqlərə buraxılmır. Kurtar az öncə əməkdaşımızla söhbətində bildirib ki, komanda ruhuna uyğun gəlməyən futbolçuları saxlamaq niyyətində deyil.

Qeyd edək ki, İvan Pexa “Rəvan”dan ayrılmaq üzrədir. Məlumat üçün əlavə edək ki, bir neçə gün öncə Kurtar Kristian Torresdən də imtina edib.

Xəbər 815 dəfə oxundu.