"Droqba "Qalatasaray"dan ayrılmaq istəmir"
"Didye Droqba İ"Qalatasaray"dan ayrılmaq istəmir. O, çox dürüst insandır. Hansısa kluba keçmək istəsə, birinci bizə söyləyər"

Bu sözləri "Qalatasaray"ın mətbuat xidmətinin rəhbəri Şükrü Ergün deyib.

Hücumçunun ABŞ klublarından birinə gedəcəyi ilə bağlı iddiaları cavablandıran klub rəsmisi ona heç bir təklifin olmadığını bildirib: "Droqba ilə danışıqlarımız davam edir. O, bizə burda qalacağını deyib".

Qeyd edək ki, Droqbanın ABŞ-ın "Setl Soundres" klubu ilə razılığa gəldiyi iddia edilmişdi.

Xəbər 829 dəfə oxundu.