Vidiç "Mançester Yunayted"dən ayrılır
"Mançester Yunayted"in futbolçusu Nemanya Vidiçin mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşib.

O, klubun saytına açıqlamasına may ayında "qırmızı şeytanlar"dan gedəcəyini açıqlayıb:

"Azarkeşlərimizlə birlikdə yaşadığım fantastik anları heç vaxt unutmayacam. Ancaq başqa liqalarda da oynamaq istəyirəm. Mövsümün sonuna kimi komandam üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, 2006-cı ildən "Mançester Yunayted"də çıxış edən serbiyalı futbolçunun "İnter"lə razılığa gəldiyi iddia edilir.

Xəbər 831 dəfə oxundu.