Fabreqas: "Arsenal"ın bütün oyunlarını izləyirəm"
"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas sabiq komandası "Arsenal" haqda danışıb.

İspaniyalı futbolçu "Arsenal"ın bütün oyunlarını izlədiyini bildirib:

"Arsenal"ın bütün oyunlarını izləyirəm. Şadam ki, sabiq komandamda hər şey qaydasındadır. Onlar hazırda turnir cədvəlinə başçılıq edirlər. Onların mövsümün sonunda titul qazanmalarını səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, "Arsenal" Premyer Liqada 24 turdan sonra 55 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Xəbər 842 dəfə oxundu.