Bastian Şvaynştayger 3 ay sonra qayıdır
Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvayntayger zədəsini sağaldıb.

Almaniyalı futbolçu artıq komandası ilə məşqlərə başlayıb.

Topuğundan əməliyyat olunan futbolçunun hazırkı durumunun yaxşı olduğu bildirilir. Təcrübəli futbolçunun 3 ay fasilədən sonra yenidən yaşıl meydanlara qayıdacağı gözlənilir.

Qeyd edək ki, "Bavariya" Bundesliqada 19 turdan sonra 53 xalla turnir cədvəlinə başçılıq edir.

Xəbər 874 dəfə oxundu.