Karlos: "Bu dünya çempionatı Neymarın turniri olmayacaq"
Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos ölkəsinin yığmasının aparıcı üzvü Neymar haqda danışıb.

Braziliya mətbuatına müsahibə verən Karlos qarşıdakı mundialın Neymarın turniri olmayacağını bildirib:

"Düşünmürəm ki, qarşıdakı dünya çempionatı Neymarın turniri olsun. O hələ gəncdir. Milli komandada belə böyük turnirlərdə məsuliyyəti üzərinə götürəcək futbolçular çoxdur. Əlbəttə, Neymar yaxşı oyunçudur. Ancaq mundialda sözünü demək onun üçün çox tezdir. Üstəlik Neymar hələ yenicə Avropada oynamağa başlayıb".

Xəbər 862 dəfə oxundu.