Dieqo komandasının çempion olacağına inanmır
Atletikonun baş məşqçisi Dieqo Simeone komandasının çempion olacağına inanmır.

"Mən yenə də çempion olacağımızı güman etmirəm. Heç kim məni inanmadığım şeyə əmin edə bilməz. Bizim vəzifəmiz susub işləməkdir. Son 10 ildə nəticələrimizə nəzər salsaq 3-cü yerdən yuxarı qalxmadığımızı görərik. Liderlərdən fərq isə 15, 20 və 30 xal olub. Bu səbəbdən də çempion ola bilmərik"

Xəbər 1705 dəfə oxundu.