"Olimpiakos" "Atletiko"nun qapıçısını birdəfəlik aldı
Yunanıstanın "Olimpiakos" klubu "Atletiko"dan icarəyə götürdüyü qapıçı Robertonu birdəfəlik alıb.

Bunun üçün klub Madrid təmsilçisinə 6 milyon avro təzminat ödəyib.

İspan qolkiper Yunanıstan təmsilçisin bu qərarının onun üçün sürpriz olduğunu deyib:

"Bunu gözləmirdim. Ancaq "Olimpiakos"da qaldığım üçün xoşbəxtəm".

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni davam etdirən "Olimpiakos" 1/8 finalda "Mançester Yunayted"lə qarşılaşacaq.

Xəbər 951 dəfə oxundu.