Azərbaycan I Divizionunda XVI turunun oyunlarının keçirilmə yeri dəyişdirilib
Futbol üzrə Azərbaycan I Divizionunda XVI turunun “Şahdağ” – “Göyəzən” və “Kəpəz” – Mil-Muğan” oyunlarının keçirilmə yeri dəyişdirilmişdir.

“Şahdağ” və “Kəpəz” klublarının PFL-ə müraciətinə əsasən “Şahdağ” – “Göyəzən” matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, “Kəpəz” – Mil-Muğan” matçı isə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçiriləcək. Buna səbəb hər iki klubun ev oyunlarını keçirdiyi stadionun ot örtüyünün əlverişsiz şəraitdə olmasıdır.


08 fevral (şənbə)
“Şahdağ” – “Göyəzən”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 14:00

“Kəpəz” – “Mil-Muğan”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00

Xəbər 743 dəfə oxundu.