Pele: "Braziliya millisinin hücum xətti məni narahat edir"
Braziliya futbolunun canlı əfsanəsi Pele ölkəsinin milli komandasının hazırkı durumu haqda danışıb.

Cənubi Amerika mətbuatına müsahibə verən Pele Braziliya millisinin hücum xəttinin onu narahat etdiyini bildirib:

"Hər zaman milli komandaya güvənmişəm. Konfederasiyalar kubokunda yığmanın nəyə qadir olduğunu gördük. Çoxları onlara inanmırdılar, ancaq biz ispanlara qalib gəldik. Məni narahat edən yeganə məsələ yığmanın hücum xəttidir. Millinin müdafiə xətti çox güclüdür. Hətta ehtiyat müdafiəçilər də yüksək səviyyəli futbolçulardır. Lakin dediyim kimi hücum xəttində problemlərimiz var".

Xəbər 742 dəfə oxundu.